Stolüstü tennisçilər Türkiyəyə yollanıblar

Xəbərlər
10 Aprel 2024 17:16
Stolüstü tennisçilər Türkiyəyə yollanıblar

15 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yola düşüb.

İdman.biz xəbər verir ki, Tunar Bağırov, Şakir Qədirov, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesir şəhərində təşkil olunacaq “Türk Dövlətləri” beynəlxalq təlim-məşq toplanışı və dostluq yarışında iştirak edəcək.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançılarının qatılacağı turnir martın 11-17-də keçiriləcək.

İdman.biz

Məqalədə: