Stolüstü tennisçilərimiz növbəti beynəlxalq təlim-məşq toplanışında

Xəbərlər
21 Mart 2024 16:55
Stolüstü tennisçilərimiz növbəti beynəlxalq təlim-məşq toplanışında

Stolüstü tennisçilərimiz növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

İdman.biz xəbər verir ki, milli komanda bu məqsədlə Türkiyənin paytaxtı Ankaraya yollanıb.

Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Arzu Aslanova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli və Aylin Əsgərova bu gündən aprelin 1-dək toplanışda olacaq.

Hazırlıq prosesi Türkiyə seçmə komandası ilə birgə keçiriləcək.

Qeyd edək ki, daha bir stolüstü tennisçimiz Onur Quluzadə hazırda Çin Xalq Respublikasında təlim-məşq toplanışındadır.

İdman.biz