Onur Quluzadə Çində hazırlıq keçəcək

Xəbərlər
20 Mart 2024 16:03
Onur Quluzadə Çində hazırlıq keçəcək

Azərbaycan stolüstü tennisçilərini qarşıda daha bir ciddi sınaq gözləyir.

İdman.biz xəbər verir ki, yığma mayda Buxarestdə təşkil olunacaq Avropa çempionatında mübarizə aparacaq.

İdmançılarımız məsul yarışa hazırlığı davam etdirirlər. Seçmə komandamızın üzvləri qitə birinciliyinədək bir neçə beynəlxalq turnirlə yanaşı, təlim-məşq toplanışlarına da qatılacaqlar. Onlardan biri – Onur Quluzadə bu məqsədlə Çinə yollanıb. İstedadlı idmançı aprelin 1-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Çin millisinin Jenqdinq şəhərindəki təlim-məşq bazasında toplanışda olacaq.

Qeyd edək ki, Quluzadə, həmçinin komandamızın digər üzvləri bundan əvvəl də Çin Xalq Respublikasının məşhur stolüstü tennis bazalarında hazırlıq keçiblər.

İdman.biz