Stolüstü tennisçilərimiz Əlcəzairdə 2 medal qazanıb

Xəbərlər
1 Mart 2024 11:43
181
Stolüstü tennisçilərimiz Əlcəzairdə 2 medal qazanıb

Əlcəzairdə stolüstü tennis üzrə dünya seriyalı “WTT Youth Contender” turniri keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan idmançıları 2 medal qazanıblar.

13 yaşadək tennisçilərin mübarizəsində qrup mərhələsini inamla adlayan Onur Quluzadə ardınca digər rəqiblərini də yolundan kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə Səudiyyə Ərəbistanı idmançısına da qalib gələn həmyerlimiz yarışın qızıl medalına layiq görülüb.

Eyni yaş qrupunda bacarığını göstərən Yağmur Məmmədli qrup mərhələsində rəqiblərini üstələdikdən sonra növbəti qarşılaşmalarda da inamlı çıxış sayəsində finala adlayıb. Son görüşdə isə Özbəkistan təmsilçisinə uduzan Yağmur fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, “WTT Youth Contender” yeniyetmə və gənc stolüstü tennisçilərin ən nüfuzlu turnirlərindən sayılır.

İdman.biz

Məqalədə: