Yığmamız Avropa Gənclər Seriyasında mübarizəyə başlayıb

Xəbərlər
21 Fevral 2024 13:58
144
Yığmamız Avropa Gənclər Seriyasında mübarizəyə başlayıb

Stolüstü tennis üzrə Azərbaycan millisi daha bir beynəlxalq yarışa qatılıb.

İdman.biz xəbər verir ki, komandamız Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Gənclər Seriyasında çıxış edir.

Turnirdə məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi altında Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək idmançıların, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək tennisçilərin mübarizəsində bacarığını göstərəcək.

Bu gün başlayan yarışa fevralın 25-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: