Azərbaycan stolüstü tennisçiləri Özbəkistanda keçirilən beynəlxalq yarışlarda uğurlu çıxış ediblər.
İdman.Biz xəbər verir ki, Andijan şəhərində məşhur stolüstü tennisçi Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə idmançılar ümumilikdə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
13 yaşadək idmançılar arasında Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib və turnirin qalibi olub.
Gülnur Kərimli (U-11) yalnız final görüşündə məğlub olaraq gümüş medal qazanıb.
Səidə Quluzadə (U-13) və Yağmur Məmmədli (U-15) isə müvafiq yaş kateqoriyalarında bürünc medal əldə ediblər.
Qeyd edək ki, mayın 13–16-da Daşkənddə keçirilən “WTT Youth Contender” turnirində də Azərbaycan idmançıları uğurlu nəticələr göstəriblər. Həmin yarışda Onur Quluzadə gümüş, Cəfər Almədədli və Mehin Mirzəbalayeva isə bürünc medal qazanıblar.
Beləliklə, gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə yarışlara qatılan Azərbaycan komandası turniri ümumilikdə 7 medal ilə başa vurub.
