Stolüstü tennisçilər Tacikistanda beynəlxalq turnirə yollanıblar

20 May 2026 12:47
107
Stolüstü tennisçilər Tacikistanda beynəlxalq turnirə yollanıblar

Azərbaycan stolüstü tennis üzrə milli komandasının üzvləri növbəti beynəlxalq yarışa qatılacaqlar.

İdman.Biz xəbər verir ki, seçmə komanda mayın 21-də Tacikistanın paytaxtı Düşənbədə start götürəcək “Prezident kuboku” turnirində mübarizə aparacaq.

Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında yarışda Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov ölkəmizi təmsil edəcəklər.

Beynəlxalq turnir mayın 24-də yekunlaşacaq.

İdman.Biz