Stolüstü tennisçilərimiz beynəlxalq yarışı üç mükafatla bitiriblər

16 May 2026 21:58
114
Stolüstü tennisçilərimiz beynəlxalq yarışı üç mükafatla bitiriblər

Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən “WTT Youth Contender” turnirində uğurla çıxış ediblər.

İdman.Biz xəbər verir ki, yarışın son günündə U 15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə finaladək bütün rəqiblərini üstələyərək finala yüksəlib. Yalnız həlldici oyunda məğlubiyyətlə üzləşən seçmə komandan üzvü ikinci yerlə kifayətlənib.

Cəfər Almədədli isə U-11 yaş qrupunda bürünc mükafata layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançıar arasında üçuncü yeri tutmuşdu.

İdman.Biz