Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib - FOTO

8 May 2026 16:00
96
Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib - FOTO

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Bildirilib ki, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda U-19 və U-15 yaş qruplarındakı idmançılar bacarıqlarını göstəriblər. Dörd gün davam edən birincilikdə paytaxt Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.

U-19 yaş qrupunda şəxsi yarışlar Adil Əhmədzadə ilə Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib. U-15 yaş qrupunda isə Onur Quluzadə ilə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəlib.

Qoşa yarışlarda Adil Əhmədzadə - Rüstəm Hacılı, Mərziyyə Nurmətova - Aylin Əsgərova tandemi U-19, Onur Quluzadə - Əliəkbər Mirzəliyev, Yağmur Məmmədli - Sofiya Trofimenko cütlüyü isə U-15 yaş qrupunda birinci yeri tutub.

Qarışıq qoşa növündə isə Rüstəm Hacılı - Aylin Əsgərova, Onur Quluzadə - Yağmur Məmmədli tandemi müvafiq yaş qruplarında baş mükafata yiyələniblər.

Qızların komanda mübarizəsində hər iki yaş qrupunda Sumqayıt-1, oğlanların yarışında isə Bakı-1 kollektivi qalib gəlib.

Qalib idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

İdman.Biz