Londonda stolüstü tennisin inkişafı müzakirə olundu

4 May 2026 16:48
142
Londonda stolüstü tennisin inkişafı müzakirə olundu

Bu il 100 illiyi qeyd olunan Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) yubiley sammiti keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Bildirilib ki, Londonda təşkil olunan tədbirdə ASTF-nin vitse-prezidenti Elmar İslamla baş katib Könül Mikayılova da iştirak ediblər.

Quruma üzv ölkələrin rəsmilərinin qatıldığı toplantıda son bir ildə görülən işlərlə bağlı hesabat dinlənilib, stolüstü tennisin mövcud durumu və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr verilib. Həmçinin BSTF-nin yeni konstitusiyası qəbul olunub.

Sonda təşkilatın rəhbərliyi tərəfindən məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, bu idman növünün inkişafı istiqamətində uğurlar arzulanıb.

İdman.Biz