Stolüstü tennisçimiz Nihad Məmmədov dünya rekordunu yeniləyib - VİDEO

12 Aprel 2026 23:19
615
Stolüstü tennisçimiz Nihad Məmmədov dünya rekordunu yeniləyib - VİDEO

Azərbaycanın stolüstü tennis üzrə milli komandasının üzvü Nihad Məmmədov dünya rekordunu yeniləmək üçün uğurlu cəhd edib.

İdman.Biz xəbər verir ki, idmançımız “Şüa” İdman Kompleksində təşkil olunan tədbirdə topu uzaq məsafədən oyuna daxil etmə üzrə 17 metr nəticə göstərib. Proses Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti altında keçirilib.

Qeyd olunan nəticə ASTF tərəfindən müvafiq qurumun baş ofisinə göndərilib. Rekordun rəsmi şəkildə təsdiqlənməsi barədə cavabın 1-2 ay ərzində gələcəyi gözlənilir.

Xatırladaq ki, bu göstərici üzrə əvvəlki rekord 16.70 metr nəticə ilə türkiyəli Osman Gürcüyə məxsus idi.

İdman.Biz