Azərbaycan stolüstü tennisçisi rəsmən dünya rekordçusudur

20 May 2026 20:34
155
Azərbaycan stolüstü tennisçisi rəsmən dünya rekordçusudur

Azərbaycanlı stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıb.

İdman.Biz Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib.

Xatırladaq ki, Azərbaycan seçmə komandasının üzvü bu ilin aprel ayında, “Şüa İdman Kompleksi”ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib. O, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib.

Qeyd edək ki, sözügedən rekord (17.50) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.

İdman.Biz