Azərbaycan və Özbəkistan Stolüstü Tennis Federasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb.
İdman.Biz xəbər verir ki, sənəd Daşkənddə Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) və Özbəkistan Stolüstü Tennis Federasiyası (ÖSTF) arasında bağlanıb.
Memorandumu ASTF-nin baş katibi Könül Mikayılova və ÖSTF-nin baş katibi Gövhərxan Müqəddəsova imzalayıb.
Sənəd idmançıların hazırlığı, məşqçi və hakimlər üçün təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışları, yoldaşlıq görüşləri, eləcə də antidopinq və idman təbabəti sahəsində əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, əməkdaşlıq hər iki ölkənin stolüstü tennisinin inkişafına və beynəlxalq nəticələrin yaxşılaşmasına töhfə verməyi hədəfləyir.
