Stolüstü tennisçimiz Mehin Mirzəbalayeva Daşkənddə keçirilən “WTT Youth Contender” turnirinin mükafatına layiq görülüb.
İdman.Biz bildirir ki, U-13 kateqoriyasında yarışan istedadlı idmançı, yaşıdları arasında üçuncü yeri tutub.
Sabah 11 və 15 yaşadək stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, Azərbaycan seçmə komandası Özbəkistan paytaxtında təşkil olunan yarışa 11 idmançı ilə qatılıb. Beynəlxalq turnirə mayın 16-da yekun vurulacaq.
