Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov Ginnesin Rekordlar Kitabına düşə bilər

9 Aprel 2026 18:20
261
Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov Ginnesin Rekordlar Kitabına düşə bilər

Azərbaycanın stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırmaq niyyətindədir.

İdman.Biz xəbər verir ki, bu barədə Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Bildirilib ki, milli komandanın üzvü aprelin 12-də “Şüa İdman Kompleksi”ndə təşkil olunacaq mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə çalışacaq.

Qeyd edək ki, hazırda bu rekord türkiyəli Osman Gürcüyə məxsusdur (16.70). Nihad Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi planlaşdırır.

İdman.Biz