Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışda medal qazanıb

14 Mart 2026 21:17
80
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışda medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Əliəkbər Mirzəliyev Çexiyada təşkil olunan “WTT Youth Contender” turnirində U-11 yaş kateqoriyasında gümüş mükafata sahib çıxıb.

İdman.Biz bildirir ki, idmançı daha öncə Almaniyadakı analoji turnidə üçüncü olmuşdu.

Xatırladaq ki, əməkdar məşqçi Ramil Cəfərovun yetirməsi Batumidə qatıldığı ilk “WTT Youth Contender” turnirində də bürünc mükafat qazanıb.

İdman.Biz