Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Xəbərlər
9 Dekabr 2023 16:38
Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokuna yekun vurulub.

İdman.biz xəbər verir ki, 2005-2008-ci illər, 2009-cu il və ondan kiçik təvəllüdlü idmançıların qatıldığı mübarizədə iştirakçılar şəxsi, qoşa, qarışıq-qoşa və komanda növləri üzrə bacarıqlarını göstəriblər.

2005-2008-ci il təvəllüdlü oğlan və qızların komanda yarışları Sumqayıt-1 komandasının qələbəsi ilə nəticələnib. Şəxsi mübarizədən Aylin Əsgərova ilə Adil Əhmədzadə qalib ayrılıb.

Qoşa yarışlarda Mərziyyə Nurmətova – Arzu Aslanova, Adil Əhmədzadə - Rüstəm Hacılı tandemi, qarışıq-qoşa turnirdə isə Mərziyyə Nurmətova – Adil Əhmədzadə dueti qalib gəlib.

2009-cu il təvəllüdlü və ondan kiçik idmançıların komanda yarışları Təhsil kollektivinin qələbəsi ilə başa çatıb. Yağmur Məmmədli ilə Onur Quluzadə şəxsi mübarizədə bütün rəqiblərini üstələyib. Şəbnəm Mansurova ilə Aynur Ağayeva qızların, Şakir Qədirovla Tunar Bağırov oğlanların qoşa yarışında qələbə çalıb. Qarışıq-qoşa turnir isə Onur Quluzadə - Yağmur Məmmədli tandeminin qələbəsi ilə nəticələnib.

Fərqlənən idmançılar Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatlarına layiq görülüblər.

İdman.biz