Çinli oyunçu Van Çutsin 10,900 xal toplayaraq Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) dünya reytinqinə başçılıq edir.
İdman.biz bildirir ki, Çutsin hazırkı sıralama sistemində 10.000 xal həddini keçən ilk kişi oyunçudur.
2022-ci ildən etibarən ITTF idmançının il üçün ən yaxşı səkkiz nəticəsini nəzərə alan yeni reytinq sistemini qəbul edib.
Hazırda kişilərin reytinqində ikinci yeri Lin Şidun (Çin) tutur. Onu Uqo Kalderano (Braziliya), Tomokazu Harimoto (Yaponiya) və Feliks Lebrun (Fransa) izləyir.
Qadınların reytinqində ilk beşliyi çinli oyunçular tutur: Sun İnşa, Van Manyu, Çen Sintun, Kuai Man və Van Yidi.