Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO

Xəbərlər
4 Oktyabr 2023 13:03
267
Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanova Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (ISHOF) Su İdmanı Mükafatı təqdim olunub.

Federasiyadan İdman.biz saytına verilən məlumata görə, qurum hər il su idmanının inkişafına böyük töhfələr verən şəxsləri və ya təşkilatları mükafatlandırır.

2023-cü ilin elan olunan qaliblər sırasında rəqabətli üzgüçülük üzrə Mike Unger, dalğıc idman növü üzrə Ellie Smart, bədii-sinxron üzgüçülük üzrə Maria Xose Bilbao Brunel, su təhlükəsizliyi üzrə Cullen Cones və istirahət üçün üzgüçülük üzrə Sofia Forte ilə yanaşı, su polosu üzrə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanov da var.
Mükafatların təqdimetmə mərasimi ABŞ-ın Florida ştatının Fort Lauderdeyl şəhərində “ISHOF Honoree Induction”un qərargahında baş tutub.

Qeyd edək ki, Koqanov Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti vəzifəsini 2012-ci ildən icra edir.

İdman.biz