Bakı Su İdmanı Sarayında “Aquatic Palace Mini Water Polo Festival” keçirilib.
İdman.Biz xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə keçirilən turnirdə dörd böyük və altı yeniyetmə olmaqla 10 komanda iştirak edib.
Yarışın sonunda bütün iştirakçılar sertifikatlarla, qaliblər isə medal və diplomlarla təltif olunublar. Mükafatlandırma mərasimində ASF-nin baş katibi Oqtay Atayev, Su İdmanı Sarayının direktoru Əjdər Abbasov və su polosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qoran Sabliç iştirak ediblər.
Yeniyetmələr arasında “Sharks” birinci, “Sea Lions” ikinci, “Dolphins” isə üçüncü olub. Böyüklər arasında isə “Eagles” qalib gəlib, “Panthers” ikinci, “Wolves” üçüncü yeri tutub.
