Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsinə biletlər satışa çıxarıldı

7 Sentyabr 2026 15:18
99
Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsinə biletlər satışa çıxarıldı

Üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun “Bakı 2026” mərhələsinə biletlər satışa çıxarılıb.

İdman.Biz xəbər verir ki, yarış oktyabrın 1-dən 3-dək Su İdmanı Sarayında keçiriləcək.

Dünya Kubokunun Bakı mərhələsində planetin ən güclü üzgüçüləri müxtəlif məsafələr üzrə mübarizə aparacaqlar. Azarkeşlər Kemeron Makevoy, Hayyan Sin və Şivon Hogi kimi dünyanın aparıcı üzgüçülərinin çıxışlarını canlı izləmək imkanı əldə edəcəklər.

Giriş biletləri həm QR formatında, həm də kağız versiyada təqdim olunur. Kağız biletləri şəhərdə fəaliyyət göstərən kassalardan əldə etmək mümkündür. QR formatında olan biletlər isə yarışların keçiriləcəyi gün aktivləşdiriləcək. QR biletlərdən istifadə etmək üçün iTicket.az mobil tətbiqində şəxsi hesaba daxil olmaq tələb olunur.

Qeyd edək ki, yarışları canlı izləmək istəyən azarkeşlər biletləri əvvəlcədən əldə edə bilərlər.

İdman.Biz