Oqtay Atayev: “Bakıda qitənin su idmanı növlərinin gələcəyi müzakirə edilir” - İDMAN.BİZ KONQRESDƏN + VİDEO

10 Oktyabr 2026 11:21
131
Oqtay Atayev: “Bakıda qitənin su idmanı növlərinin gələcəyi müzakirə edilir” - İDMAN.BİZ KONQRESDƏN + VİDEO

“Bilirsiniz ki, Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçilib. Paytaxtımızda ən yüksək səviyyədə beynəlxalq idman tədbirləri baş tutub. Avropa Su İdmanı Federasiyasının Konqresi də həmin tədbirlərdən biridir”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev 8–10 oktyabr tarixlərində Bakıda keçirilən Avropa Su İdmanı Federasiyasının Konqresinin son günündə jurnalistlərə açıqlamasında deyib.

Oqtay Atayev xatırlatdı ki, ötən həftə Bakıda üzgüçülük üzrə Dünya Kuboku keçirilməsi, bu gün isə Avropa Su İdmanı Federasiyasının Konqresinin baş tutması ölkəmizə göstərilən etimaddan xəbər verir.

“Burada qitənin su idmanı növlərinin gələcəyi müzakirə edilir. Üstəlik, tədbirin Azərbaycanda təşkil edilməsi bizim Federasiyamızı Avropa Su İdmanı ailəsində aktiv iştirakçya çevirir”.

Humay İsgəndərova

İdman.Biz
Məqalədə: