Belarus Üzgüçülük Federasiyasının sədri Bakıda keçirilən konqresi yüksək qiymətləndirdi - İDMAN.BİZ KONQRESDƏN - VİDEO

10 Oktyabr 2026 11:34
130
Belarus Üzgüçülük Federasiyasının sədri Bakıda keçirilən konqresi yüksək qiymətləndirdi - İDMAN.BİZ KONQRESDƏN - VİDEO

Belarus Üzgüçülük Federasiyasının sədri Olqa Stepus Bakıda keçirilən Avropa Su İdmanı Federasiyasının (European Aquatics) Konqresinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

İdman.Biz xəbər verir ki, o, konqresdəki çıxışı zamanı tədbirin Avropanın su idmanı ictimaiyyətinə bu sahənin inkişafı ilə bağlı əsas məsələləri müzakirə etmək və həll yolları müəyyənləşdirmək imkanı yaratdığını vurğulayıb.

Olqa Stepus Belarusun “European Aquatics”in tamhüquqlu üzvü olduğunu və qərarların qəbul edilməsi prosesində iştirak etdiyini qeyd edib.

Federasiya sədri konqresin gündəliyindəki məsələlərin Belarusda su idman növlərinin inkişafı ilə bağlı yanaşmalarla uzlaşdığını da diqqətə çatdırıb.

Humay İsgəndərova

İdman.Biz
Məqalədə: