Azərbaycan paraüzgüçüləri Raman Salei və Əli Vəliyev Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
S12 kateqoriyasında çıxış edən R.Salei təsnifat mərhələsində 50 metr məsafəyə sərbəst üsulla üzməkdə 24,70 saniyə nəticə ilə həlledici mərhələyə adlayıb.
S10 kateqoriyasında yer alan yeniyetmə paraüzgüçü Əli Vəliyev isə 400 metr məsafəyə sərbəs üsulla üzməkdə birbaşa finalda yarışacaq.
Qeyd edək ki, R.Saley çempionatın ilk iki günündə 100 metr məsafəyə arxasıüstə üzmədə 1:03.55 nəticə ilə dördüncü, 100 metr məsafəyə “batterflay” üsulunda isə 59.18 saniyə nəticə ilə beşinci olub.
Ə.Vəliyev isə 200 metr məsafəyə qarışıq üzmədə 2:32.99 nəticə göstərərək yarışı səkkizinci pillədə başa vurub.
