7-12 sentyabr tarixlərində Türkiyənin Kocaeli şəhərində Paraüzgüçülük üzrə Avropa çempionatı keçiriləcək.
İdman.Biz xəbər verir ki, qitə çempionatında Azərbaycanı S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçü Əli Vəliyev təmsil edəcək.
İdmançılarımız yarışda məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi altında mübarizə aparacaqlar.
