Azərbaycan üzgüçüləri Maltada yarışacaqlar

28 Avqust 2026 12:38
89
Azərbaycan üzgüçüləri Maltada yarışacaqlar

Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin idmançıları sentyabrın 10-14-də Maltada keçiriləcək “Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı - Malta 2026”da iştirak edəcəklər.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda Azərbaycanı dörd üzgüçü - Ağasəlim Abdullayev, Məhəmməd Əli, Mirqaib Rəsulov və Georgiy Qəniyev təmsil edəcək. Komandanın baş məşqçisi Elvin Hüseynov, köməkçi məşqçi isə Yuliya Dubrovinadır.

Hazırda milli komandanın atletləri yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışını davam etdirirlər.

İdman.Biz