“Parlaq Ulduz” Uşaq Liqasının 2-ci mərhələsi keçirilib - FOTO - VİDEO

Xəbərlər
8 Aprel 2024 09:26
“Parlaq Ulduz” Uşaq Liqasının 2-ci mərhələsi keçirilib - FOTO - VİDEO

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə “Parlaq Ulduz” Uşaq Liqasının 2-ci mərhələsi keçirilib.

İdman.biz xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan turnirdə 13 komandada 150-dən çox kiçik yaşlı uşaqlar mübarizə aparıb.

Yarışda üzgüçülük üzrə milli komandanın məşqçilər heyəti iştirak edib. Azərbaycan Üzgüçülük Federasiyasının baş katibinin müavini Tamerlan Abdullazadə bildirib ki, yarışın keçirilməsində əsas məqsəd azyaşlı idmançılar arasında perspektivli üzgüçülərin üzə çıxarılması və onların məşqçilərin nəzarəti altında məşqlər keçərək milli komandanın rezerv komandasına cəlb olunmasıdır.

“Parlaq Ulduz” Uşaq Liqasının sonuncu - final mərhələsi mayda Bakı Su İdman Sarayında təşkil olunacaq. Final mərhələsinin qalibləri medallar və diplomlarla təltif ediləcəklər.

İdman.biz

Məqalədə: