Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb

26 Avqust 2026 22:47
96
Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb

Üzgüçü Timur Nikiforov Azərbaycan milli komandasının yeni üzvü olub.

İdman.Biz xəbər verir ki, gənc idmançı “Ganja Cup 2026” yarışındakı uğurlu çıxışından sonra U-18 yığmasına dəvət alıb.

Nikiforov sərbəst üsulla 1500 metr məsafəyə üzmədə gümüş medal qazanıb.

Bu nəticədən sonra onun World Aquatics (WA) üzrə reytinq balı 554-ə yüksəlib. Göstəricisi milli komandaya dəvət üçün əsas olub və üzgüçü Azərbaycanın U-18 yığmasının heyətinə cəlb edilib.

İdman.Biz