“Üzməyi öyrənək” layihəsi Qubada: xarici ekspert məşqləri izləyib - FOTO

20 Noyabr 2026 21:45
49
“Üzməyi öyrənək” layihəsi Qubada: xarici ekspert məşqləri izləyib

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təhsil işləri üzrə məsləhətçisi Boro Ştrumbel “Üzməyi öyrənək” layihəsinin icrası ilə tanış olmaq üçün Quba Olimpiya İdman Kompleksinə səfər edib.

İdman.Biz xəbər verir ki, ekspert ötən həftə layihənin gedişini yaxından izləmək məqsədilə ölkənin bir neçə şəhərində olub.

Ştrumbel Quba Olimpiya İdman Kompleksində də layihənin həyata keçirilməsi prosesi ilə tanış olub.

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə reallaşdırılan “Üzməyi öyrənək” layihəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Üzgüçülük Federasiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Layihə 1-8-ci sinif şagirdlərini əhatə edir. Hazırda ölkə üzrə 33 idman obyektində 60 məktəbin iştirakı ilə təşkil olunur.

İdman.Biz