Suya tullanma üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün Belarusa yollanıb.
İdman.Biz xəbər verir ki, hazırlıq prosesi oktyabrın 4-dək Minsk Su İdmanı Sarayında keçiriləcək.
Toplanışda Alisa Hacıyeva, Ayla Hüseynova, Mehri Ağayeva, Muhamməd Hüseynov və Sofiya Ağayeva iştirak edir.
Milli komandanın hazırlığı baş məşqçi Anton Melnikov və məşqçi Angelina Melnikovanın rəhbərliyi ilə keçirilir.
