Bu gün Azərbaycanın paraüzgüçüləri Almaniyanın paytaxtı Berlində keçiriləcək Dünya Seriyasının mərhələsində mübarizəyə başlayır.
İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, yarışda ölkəni kişilər arasında S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında Əli Vəliyev və Murad Məmmədov, S6 kateqoriyasında Abuzər Nəzərov təmsil edəcək.
Onlar turnirə məşqçilər Fyodor Kirillov, Faiq Əsgərov və Anar Məmmədovun rəhbərliyi altında qatılacaqlar.
Qeyd edək ki, yarış mayın 9-da başa çatacaq.
