Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Jalə Əhmədova suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komanda və bədii üzgüçülük ilə məşğul olan idmançılarla görüşüb.
İdman.Biz xəbər verir ki, Bakı Su İdmanı Sarayında baş tutan görüşdə məşqçi heyəti və üzgüçülərlə geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı idmançıların hazırlıq səviyyəsi, mövcud vəziyyət, görülmüş işlər və qarşıdakı hədəflər ətrafında müzakirələr aparılıb.
Jalə Əhmədova idmançıların gələcək planları ilə maraqlanıb və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
