“Üzməyi öyrənək” layihəsinin yeddinci mərhələsi başladı

21 Aprel 2026 09:43
176
“Üzməyi öyrənək” layihəsinin yeddinci mərhələsi başladı

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Üzməyi öyrənək” layihəsinin yeddinci mərhələsinə start verilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, birinci-səkkizinci sinif şagirdləri üçün nəzərdə tutulan ödənişsiz üzgüçülük təlimləri bir ay davam edəcək və ümumilikdə on iki dərsi əhatə edəcək.

Təlimlər ölkənin 25 idman obyektində - Ağcabədi, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Goranboy, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qusar, Lənkəran, Saatlı, Salyan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Neftçala, Zaqatala Olimpiya İdman Kompleksləri və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.

İdman.Biz