İdmançıların yüksək nəticə əldə etməsində düzgün qidalanma və bərpa vərdişləri həlledici rol oynayır. Bu istiqamətdə Azərbaycan Üzgüçülük Federasiyasının nutrisioloqu İlqar Şamilov üzgüçülük üzrə milli komandanın üzvləri və onların valideynləri üçün növbəti maarifləndirici seminar keçirib.
İdman.Biz xəbər verir ki, sağlam qidalanma vərdişlərinin aşılanması yolu ilə idman nəticələrinin yaxşılaşdırılması mövzusuna həsr edilmiş seminarda mühüm məqamlara toxunulub. Tədbirdə düzgün qidalanmanın idmançının göstəricilərinə təsiri, bərpa prosesinin effektiv təşkili və enerji balansının qorunmasının əhəmiyyətinə dair ətraflı məlumat təqdim olunub.

Seminarda iştirakçıları maraqlandıran məsələlər müzakirə olunub, onların sualları cavablandırılıb.
