Dünya Su İdmanı Federasiyası (World Aquatics) su idman növləri üzrə Rusiya və Belarusa tətbiq olunan bütün sanksiyaların ləğv edildiyini açıqlayıb.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qərara əsasən, bu ölkələrin idmançıları beynəlxalq turnirlərdə yenidən öz bayraq və himnləri ilə çıxış edə biləcəklər və bu, üzgüçülük, suya tullanma, sinxron üzgüçülük, su polosu kimi növləri əhatə edir.
Qurumun prezidenti Husain Əl-Musəllam açıq su məkanlarının bütün ölkələrdən idmançıların sülh şəraitində bir araya gəldiyi platforma olaraq qalmasının vacibliyini vurğulayıb.
Bununla belə, qaydalara əsasən, Dünya Su İdmanı Federasiyası idmançıların Ukraynaya qarşı müharibəni dəstəkləyib-dəstəkləmədiklərini yoxlayacaq. Media və sosial şəbəkələrdə müharibəni dəstəkləyən açıqlamalar verən, təbliğat xarakterli tədbirlərdə iştirak edən və ya hərbi formada, yaxud hərbçilərlə birlikdə görüntülənən idmançıların yarışlara buraxılmayacağı qeyd olunub.
