Azərbaycanı Barselonada keçiriləcək Dünya Seriyasında üç paraüzgüçü təmsil edəcək

19 Mart 2026 11:52
120
Azərbaycanı Barselonada keçiriləcək Dünya Seriyasında üç paraüzgüçü təmsil edəcək

İspaniyanın Barselona şəhərində paraüzgüçülük üzrə Dünya Seriyasının növbəti mərhələsi start götürür.

İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, martın 19-dan 22-nə qədər davam edəcək yarışda Azərbaycanı üç idmançı təmsil edəcək.

S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçülər Əli Vəliyev və Murad Məmmədov medallar uğrunda mübarizə aparacaqlar.

Paralimpiyaçılarımız yarışa məşqçilər Fyodor Kirillov və Faiq Əsgərovun rəhbərliyi altında qatılacaqlar.

İdman.Biz