Anadangəlmə olaraq dizdən aşağı hər iki ayağı amputasiya olunmuş Britaniyalı Riçard Uaythed buna baxmayaraq həyatını idmana həsr edib.
O, əvvəlcə sledj-xokkeylə(əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş buz xokkeyi növüdür – red) məşğul olub, daha sonra qaçışa keçərək ikiqat Paralimpiya çempionu olub.
İdmançının protezlərlə marafon və yarımmarafon üzrə dünya rekordları var.
Sonuncu London Marafonu zamanı o, öz rekordunu yeniləyərək məsafəni 2 saat 40 dəqiqə 25 saniyəyə qaçı (bu, hər kilometrə 3:48 temp deməkdir).

Finişdə Riçard Uaythed göz yaşlarını güclə saxlayıb — bu, həm sevincdən, həm də dözülməz ağrıdan qaynaqlanıb.
