Azərbaycanın parakamandan oxatma üzrə milli komandası Avropa çempionatında iştirak etmək üçün İtaliyanın paytaxtına yola düşüb. 2 may tarixinədək davam edəcək mötəbər turnirə Roma ev sahibliyi edir.
İdman.Biz xəbər verir ki, qitə birinciliyində ölkəmizi üç paralimpiyaçı təmsil edəcək. Yarışda Əli Nəbiyev, Qalib Əliyev və Şahin Cabbarov hədəf qarşısına keçərək qələbə uğrunda yarışacaqlar.
Milli komandamız turnirə baş məşqçi İlqar Abbasovun rəhbərliyi altında qatılacaq. Çempionatda idmançılarımız həm fərdi, həm də komanda hesabında ən yaxşı nəticələri göstərməyə çalışacaqlar.
