Azərbaycan üzgüçüləri Gürcüstandakı beynəlxalq yarışda 47 medal qazanıblar - FOTO

23 Mart 2026 21:29
143
Azərbaycan üzgüçüləri Gürcüstandakı beynəlxalq yarışda 47 medal qazanıblar

Azərbaycan üzgüçüləri Gürcüstanda keçirilmiş Kutaisi Açıq Yaz Kubokunda ümumilikdə 47 medal (18 qızıl, 19 gümüş, 10 bürünc) qazanıblar!

Milli komandamızın üzvü Süleyman İsmayılzadə ümumi kateqoriya üzrə, Fərhad Şirməmmədli isə 2010-cu il təvəllüdlü və daha kiçik yaş kateqoriyası üzrə ən güclü idmançı seçilərək kuboka layiq görülüblər.

Yarış rekord nəticələrlə də yadda qalıb. Mehri Əbdürəhmanlı 50 m. arxasıüstə, Süleyman İsmayılzadə isə 400 m. sərbəst üsulda Azərbaycan rekordunu yeniləyib.

Medal qazanmış Azərbaycan üzgüçülərinin siyahısını diqqətinizə təqdim edirik:

Anastasiya Qnusina – 7 qızıl, 4 gümüş
Fərhad Şirməmmədli – 3 qızıl, 4 gümüş, 1 bürünc
Süleyman İsmayılzadə – 3 qızıl, 1 gümüş, 1 bürünc
Mehri Əbdürəhmanlı – 2 qızıl, 4 gümüş, 1 bürünc
Safiya Səmədova – 2 qızıl, 3 gümüş, 1 bürünc
Mehdi Muxtarlı – 1 qızıl, 1 gümüş, 1 bürünc
Yusif Sofiyev – 2 gümüş, 4 bürünc
Arif Tapdıqov – 1 bürünc

İdman.Biz