Almaniyanın paytaxtı Berlində Paraüzgüçülük üzrə Dünya seriyasında keçirilir.
İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Yeniyetmə paralimpiyaçımız Əli Vəliyev S10 kateqoriyasında 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda 1:03.42 nəticə göstərib.
Bu nəticə ilə Vəliyev gənclər arasında bürünc medal qazanıb.
Qeyd edək ki, yarış mayın 9-da başa çatacaq.

