ABŞ-li idmançı Qrettçen Uolş 100 metr məsafəyə kəpənək üsulu (butterfly) ilə üzmədə yeni dünya rekorduna imza atıb. İkiqat olimpiya çempionu bu uğuru ABŞ-nin Fort-Loderdeyl şəhərində keçirilən turnirdə qazanıb.
İdman.Biz xəbər verir ki, o, məsafəni 54,33 saniyəyə qət edərək əvvəlki rekordunu (54,60) 0,27 saniyə yeniləyib. Yarışda ikinci yeri 58,44 saniyəlik nəticə ilə Kler Kurzan, üçüncü pilləni isə 58,68 saniyə ilə Odri Derivo tutub.
İyirmi üç yaşlı Uolş karyerası ərzində artıq dördüncü dəfədir ki, bu məsafədə dünya rekordunu yeniləyir.
