Vroslavda (Polşa) boks gecəsi başa çatıb, əsas döyüşdə WBA (Super), IBF və WBO ağır çəki dərəcələrinin sahibi ukraynalı Aleksandr Usık və britaniyalı Daniel Dyubua qarşılaşıb.
İdman.biz xəbər verir ki, Usık 9-cu raundda texniki nokautla qalib gəlib.
Bununla da Usık peşəkar rinqdə 21-ci qələbəsini qazanıb. Dyubua üşün bu mğölubiyyət ikinci olub. Onun hesabında 19 qələbə də var. Bundan əvvəl o, ilk məğlubiyyətini 2020-ci ilin noyabrında alıb. Dyubua həmyerlisi Co Coysa onuncu raundda texniki nokautla uduzub.
Xatırladaq ki, Usık 2022-ci ilin avqustundan bəri ilk döyüşünü keçirib. Əvvəlki döyüşdə o, ikiqat dünya çempionu britaniyalı Entoni Coşua ilə revanş görüşündə hakimlərin ayrıca qərarı ilə qalib gəlib.
İdman.biz