Ötən mövsüm Azərbaycan çempionu olan “Turan” Voleybol Klubu bu mövsüm CEV Çempionlar Liqasında ölkəmizi təmsil edəcək.
İdman.Biz xəbər verir ki, Tovuz təmsilçisi turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
Komandanın ilk rəqibi Xorvatiya çempionu “Mladost Zaqreb” olacaq.
İlk qarşılaşma oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.
