Tayson Fyuri Usiklə üçüncü döyüş istəyir

8 Sentyabr 2026 22:38
88
Tayson Fyuri Usiklə üçüncü döyüş istəyir

Ağır çəkidə ikiqat dünya çempionu, britaniyalı Tayson Fyuri sabiq dünya çempionu Aleksandr Usikin onun haqqında paylaşımına reaksiya verib.

İdman.Biz xəbər verir ki, Fyuri Entoni Coşua ilə döyüşünün baş tutmadığını açıqladıqdan sonra Usiklə revanş keçirmək istədiyini bildirib.

“Mən sənin kimi əsl kişi ilə döyüşmək istəyirəm, qardaş! Gəlin trilogiya təşkil edək. Döyüşəcək iki əsl kişi. Mən bu qorxaqlardan ölümcül yorulmuşam”, – deyə Fyuri sosial şəbəkə hesabında yazıb.

Fyuri və Usik 2024-cü ildə iki dəfə üz-üzə gəliblər. Həmin ilin mayında ukraynalı boksçu hakimlərin qərarı ilə qalib gəlib. Dekabrda keçirilən revanş görüşündə isə Usik yekdil qərarla qələbə qazanaraq WBA, WBO və WBC kəmərlərini qoruyub.

İdman.Biz