Tehran Məmmədov tələbələr arasında Azərbaycanın ilk dünya çempionu oldu - FOTO

8 Sentyabr 2026 22:30
108
Tehran Məmmədov tələbələr arasında Azərbaycanın ilk dünya çempionu oldu

Qətərin paytaxtı Dohada keçirilən tələbələrin dünya çempionatında atletimiz Tehran Məmmədov qalib olub.

İdman.Biz xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 130 kq nəticə göstərərək gümüş medal qazanıb. Məmmədov təkanla qaldırmada isə 159 kq ağırlığın öhdəsindən gələrək fəxri kürsünün birinci pilləsinə yüksəlib.

Beləliklə, toplam 289 kq nəticə göstərən Tehran Məmmədov tələbələrin dünya çempionatının qalibi olub.

Bununla da o, tələbələrin dünya çempionatında qızıl medal qazanan ilk Azərbaycan atleti kimi tarixə düşüb.

İdman.Biz