U14 millimiz Yalova turnirini ikinci yerdə başa vurub - FOTO

8 Sentyabr 2026 23:24
83
U14 millimiz Yalova turnirini ikinci yerdə başa vurub

14 yaşadək oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən "EVOQ Challenge Cup Pre Season Yalova" beynəlxalq mövsümöncəsi hazırlıq turnirində uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, yarış ərzində dörd oyun keçirən millimiz ilk üç qarşılaşmada qələbə qazanıb. Yalnız son matçda "Bursa Finalspor"a məğlub olan basketbolçularımız turniri ikinci pillədə başa vurublar.

Komandamızın turnirdəki nəticələri:

Azərbaycan – Falcons B – 64:57

Azərbaycan – AESK – 100:39

Azərbaycan – Bursa SAS – 52:47

Azərbaycan – Bursa Finalspor – 56:91

İdman.Biz