“Beşiktaş” – ÇSKA matçında dava düşüb

8 Sentyabr 2026 20:36
88
“Beşiktaş” – ÇSKA matçında dava düşüb

Türkiyənin Beleç şəhərində keçirilən “Gloria Cup” turniri çərçivəsində keçirilən “Beşiktaş” və ÇSKA ( Moskva) oyununda basketbolçular arasında dava düşüb.

İdman.Biz xəbər verir ki, 80:57 hesabı ilə “Beşiktaş”ın qələbəsi ilə başa çatan görüşün dördüncü hissəsinin ortalarında ÇSKA-nın basketbolçusu İvan Uxovla Türkiyə klubunun hücumçusu Yucin Omoruyi arasında münaqişə yaranıb.

Omoruyi Uxovu sifətindən itələyib. Rusiyalı basketbolçu isə buna zərbə ilə cavab verib. Toqquşma bir neçə saniyə davam edib. Hakimlər və komanda yoldaşları basketbolçuları sakitləşdiriblər.

Nəticədə insidentin hər iki iştirakçısı meydandan qovulub.

İdman.Biz