Azərbaycan Gimnaziadada 24 qızıl medal qazanıb

30 Oktyabr 2024 14:55
523
Azərbaycan Gimnaziadada 24 qızıl medal qazanıb

Bu gün Bəhreyndə Gimnaziada başa çatacaq.

İdman.biz xəbər verir ki, yarışın son gününə qədər Azərbaycan komandasının hesabında 67 medal var.

Bunlardan 24-ü qızıl, 18-i gümüş, 25-i bürüncdür.

Sonuncu gündə bədii gimnastika və güləş yarışlarını da nəzərə alsaq, komandamızın medal sayını daha da artıracağını gözləmək olar.

İdman.biz

Məqalədə: