Qazaxıstanlı yüngül atlet Yasmina Toksanbayeva ayaqqabısının "World Athletics"-in tələblərinə uyğun gəlməməsi səbəbindən 2026-cı il Asiya Oyunlarının qızıl medalından məhrum edilib.
İdman.Biz xəbər verir ki, idman yerişi üzrə yarışlar sentyabrın 27-də baş tutub. Toksanbayeva qələbə qazanıb, lakin finişdən sonra texniki nümayəndələr mükafatçıların ayaqqabılarını yoxlayıblar.
Qazaxıstan Milli Olimpiya Komitəsindən bildirilib ki, Toksanbayevanın ayaqqabı modeli "World Athletics" tərəfindən icazə verilənlər siyahısında olmayıb. Şəkillər və lazımi məlumatlar beynəlxalq federasiyaya göndərilib.
Daha sonra "World Athletics" idmançının istifadə etdiyi modelin yarışlarda iştirak üçün icazəli olmadığını təsdiqləyib. Qaydalara uyğun olaraq Toksanbayevanın nəticəsi ləğv edilib və yekun protokol düzəldilib.
Qazaxıstan MOK-da vurğulayıblar ki, "World Athletics", Asiya Yüngül Atletika Assosiasiyası və Asiya Olimpiya Şurası ilə əlaqə saxlayırlar. Həmçinin apellyasiya şikayəti vermək imkanını araşdırırlar.
“Hər şey Uca Allahın izni ilə ən yaxşı şəkildə həll olunacaq! İndi sadəcə demək istəyirəm ki, dəstəyiniz mənim üçün inanılmaz dərəcədə xoşdur və vacibdir, bu cür çətin məqamda sınmağıma imkan vermirsiniz! Mən irəli gedirəm, məndən belə asanlıqla canınızı qurtara bilməzsiniz”, – deyə Toksanbayeva sosial şəbəkə hesabında yazıb.
