Lekler: “Özümüzü aldatmamalıyıq”

28 Sentyabr 2026 23:44
74
Lekler: “Özümüzü aldatmamalıyıq”

“Ferrari”nin pilotu Şarl Lekler komandanın artıq “Formula-1”də ən yaxşı şassiyə sahib olmadığını etiraf edib.

İdman.Biz “Crash.net”ə istinadən xəbər verir ki, monakolu pilot əsas rəqiblərin irəliləyişini qeyd edib və komandanı mövcud vəziyyəti obyektiv qiymətləndirməyə çağırıb.

“Özümüzü aldatmamalıyıq: “Maklaren” və “Red Bull” böyük bir addım irəli atıblar. Düşünürəm ki, “Mercedes” də döngələrdəki sürət baxımından inkişaf edir. Məhz buna görə hesab etmirəm ki, hazırda mövsümün əvvəlində olduğu kimi ən yaxşı şassi bizdədir. Bunun üzərində işləməli və yenidən daha yüksək səviyyəyə qalxmalıyıq”, – deyə Lekler bildirib.

“Ferrari” iyul ayında baş tutan Belçika Qran-prisindən bəri fəxri kürsüyə qalxa bilməyib. Son mərhələdə - Bakıda Lekler marşrutu dördüncü sırada tamamlayıb.

İtaliya komandasının Monzada güc qurğusunun yenilənməsi də “Mercedes” və “Red Bull” ilə olan fərqi əhəmiyyətli dərəcədə azaltmağa imkan verməyib.

İdman.Biz